Bakı. Trend:
Azərbaycan boksçusu Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) Tokio Olimpiadasında mübarizəni dayandırıb.
Trend xəbər verir ki, təmsilçimiz ikinci döyüşündə özbəkistanlı dünya və üçqat Asiya çempionu Baxodir Jalolov ilə qarşılaşıb. Döyüş boksçumuzun məğlubiyyəti ilə başa çatıb.
Daha əvvəl bokçularımızdan Tayfur Əliyev (57 kq) və Lorenso Sotomayor (69 kq) da Olimpiadaya erkən vida ediblər.