Bakı. Trend:
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.
Trend-in məlumatına görə, 77 kq çəki dərəcəsində çıxış edən idmançımız Tunis təmsilçisi Lamyed Maafiyə 11:1 hesabı ilə qalib gəlib.
R.Hüseynovun bürünc medal uğrunda rəqibi Ermənistan təmsilçisi Karapet Çalyan olacaq.
Xatırladaq ki, Rafiq Hüseynov ötən gün 1/4 final mərhələsində qırğızıstanlı Akjol Mahmudova məğlub olub.