...

Tokio-2020: Hacı Əliyev FİNALDA (VİDEO)

İdman Materials 6 Avqust 2021 13:39 (UTC +04:00)
Tokio-2020: Hacı Əliyev FİNALDA (VİDEO)

Bakı. Orxan Nəbiyev - Trend:

Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında 65 kiloqram çəki dərəcəsində yarımfinalda hindistanlı güləşçi Bacranq Bacranqla qarşılaşıb.

Trend-in məlumatına görə, güləşçimiz rəqibinə 12:5 hesabı ilə qalib gələrək finala çıxıb.

H.Əliyev finalda yaponiyalı güləşçi Takuto Otoquro ilə qarşılaşacaq.

Final oyunu sabah günorta saatlarında baş tutacaq.

Xatırladaq ki, H.Əliyev 1/8 final mərhələsində seneqallı Adama Diattanı, 1/4 final mərhələsində isə qazaxıstanlı güləşçi Daulet Niyazbekovu məğlub edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti