...

"Bavariya"nın baş məşqçisi koronavirusa yoluxub

İdman Materials 21 Oktyabr 2021 13:39 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Almaniyanın "Bavariya" futbol klubunun baş məşqçisi Yulian Nagelsmann koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə klubun mətbuat xidməti bildirib.

Qeyd olunub ki, baş məşqçinin testi müsbət nəticə verib və o, "Bavariya"nın ötən gün keçirdiyi "Benfika" ilə Çempionlar Liqası matçını buraxmalı olub.

Y.Nagelsmann komandadan ayrı təyyarə ilə Almaniiyaya qayıtdıqdan sonra karantinə alınacaq.

Qeyd edək ki, 34 yaşlı Y.Nagelsmann bu ilin iyulundan "Bavariya"ya rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti