...

İsveçli gimnast Bakıda keçirilən DÇ-də ikili mini-batut üzrə birinci yeri tutub

İdman Materials 21 Noyabr 2021 14:45 (UTC +04:00)
İsveçli gimnast Bakıda keçirilən DÇ-də ikili mini-batut üzrə birinci yeri tutub

Bakı. Cani Babayeva - Trend:

İsveçli gimnast Lina Syoeberq Bakıda keçirilən Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının ikili mini-batut üzrə tullanışlar proqramında 70.900 xal toplayaraq birinci yeri tutub.

Trend-in məlumatına görə, ikinci yerdə ABŞ gimnastı Şelbi Nobuhara (70.000 xal), üçüncü yerdə isə İspaniya gimnastı Melaniya Rodriqes (69.600 xal) qərarlaşıblar.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti