...

Ronaldu və Messi ilin ən yaxşı futbolçusu adına namizədlər siyahısındadırlar

İdman Materials 23 Noyabr 2021 01:32 (UTC +04:00)
Ronaldu və Messi ilin ən yaxşı futbolçusu adına namizədlər siyahısındadırlar

Bakı. Trend:

Beynəlxalq Futbol Federasiyası (FIFA) 2021-ci ilin 2021-ci ilin ən yaxşı futbolçusu adına namizədləri müəyyən edib/

Trend-in məlumatına görə, təşkilatın mətbuat xidməti bildirib.

Namizədlər siyahısına Kərim Benzema (Fransa/"Real Madrid"), Kevin De Brüyne (Belçika/"Mançester Siti"), Kriştiano Ronaldu (Portuqaliya/"Yuventus"/"Mançester Yunayted"), Erlinq Holland (Norveç/"Borussiya" Dortmund), Jorjinyo (İtaliya/"Çelsi"), N'Qolo Kante (Fransa /"Çelsi"), Robert Levandovski (Polşa /"Bavariya" Münhen), Kilian Mbappe (Fransa / "Pari Sen-Jermen"), Lionel Messi (Argentina/"Barselona"/"Pari Sen-Jermen"), Neymar (Braziliya/ "Pari Sen-Jermen"), Məhəmməd Salah (Misir/"Liverpul") daxil olub.

Ən yaxşı məşqçi adına namizədlər siyahısına Antonio Konte (İtaliya/"İnter" Milan/"Tottenhem"), Hansi Flik (Almaniya/"Bavariya"/Almaniya millisi), Pep Qvardiola (İspaniya/"Mançester Siti"), Roberto Mançini (İtaliya/İtaliya millisi), Lionel Sebastian Skaloni (Argentina /Argentina millisi), Dieqo Simeone (Argentina /"Atletico" Madrid), Tomas Tuxel (Almaniya/"Çelsi") daxil olub.

Qaliblər 17 yanvar 2022-ci il tarixində onlayn formatda keçiriləcək mərasimdə elan ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti