Bakı. Cani Babayeva - Trend:
Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarında 15-16 yaş kateqoriyasında kişilər arasında tamblinq üzrı proqramda qalib və mükafatçılar müəyyənləşib.
Trend-in məlumatına görə, birinci yeri Dmitri Şatalov (Rusiya, 36,500 xal), ikinci yeri Frederik Skaninq (Danimarka, 35,000 xal), üçüncü yeri Fred Tiq (Böyük Britaniya, 34,100 xal) tutub.
Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışları 32 ölkədən 650 idmançı iştirak edəcək.
Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqlar.
Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər.