...

Böyük Britaniya təmsilçisi Bakıda Dünya Yaş Qrupu Yarışlarında tamblinq proqramında birinci yeri tutub

İdman Materials 28 Noyabr 2021 18:27 (UTC +04:00)
Böyük Britaniya təmsilçisi Bakıda Dünya Yaş Qrupu Yarışlarında tamblinq proqramında birinci yeri tutub

Bakı. Cani Babayeva - Trend:

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupu Yarışlarında 13-14 yaş qrupu üzrə kişilər arasında tamblinq proqramında Böyük Britaniyadan olan Beyli Forbs 33.400 xalla birinci yeri tutub.

Trend-in məlumatına görə, ikinci yeri Xavyer Harper (ABŞ, 32.100 xal), üçüncü yeri Matvey Belov (Rusiya, 32.000 xal) tutub.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışırlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edirlər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti