...

Rusiyalı gimnast Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında tamblinq proqramında qızıl medal qazanıb

İdman Materials 28 Noyabr 2021 18:26 (UTC +04:00)
Rusiyalı gimnast Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında tamblinq proqramında qızıl medal qazanıb

Bakı. Cani Babayeva- Trend:

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupu Yarışlarında 13-14 yaş qrupu üzrə qadınlar arasında tamblinq proqramında rusiyalı gimnast Aleksandra Lyamina 33,900 xalla qızıl medal qazanıb.

Trend-in məlumatına görə, gümüş medalın sahibi Adelina Minazova (Rusiya, 31.400 xal) olub, Alisiya Fild (Böyük Britaniya, 31.300 xal) bürünc medal qazanıb.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışırlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edirlər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti