...

Belçikalı gimnast Dünya Yaş Qrupları Yarışlarında ikili mini-batutda tullanma proqramında birinci yeri tutub

İdman Materials 28 Noyabr 2021 18:28 (UTC +04:00)
Belçikalı gimnast Dünya Yaş Qrupları Yarışlarında ikili mini-batutda tullanma proqramında birinci yeri tutub

Bakı. Cani Babayeva - Trend:

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları Yarışlarında 15-16 yaş qrupu üzrə kişilər arasında ikili mini batutda tullanma proqramında Belçikalı gimnast Brent Deklerk 71,500 xalla birinci yeri tutub.

Trend-in məlumatına görə, ikinci yerdə Marşall Frost (Böyük Britaniya, 70,600 xal) qərarlaşıb, üçüncü yeri Omo Aykeremioha (Böyük Britaniya, 69,700 xal) tutub.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışırlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edirlər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti