Bakı. Trend:
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Formula 1 üzrə Komissiyası 2022-ci il mövsümü üçün sprint yarışlarının üç mərhələsinin keçirilməsini təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə Federasiyanın mətbuat xidməti bildirib.
Qarşıdan gələn mövsümdə sprint yarışları Emiliya-Romanya (22-24 aprel), Avstriya (8-10 iyul) və Braziliya (11-13 noyabr) mərhələlərində keçiriləcək.
Qeyd edək ki, yeni Formula 1 mövsümünün ilk mərhələsi martın 18-dən 20-dək Bəhreyndə keçiriləcək