...

Gimnastlarımız “Gracia Fair Cup” beynəlxalq turnirində çıxış edəcəklər

İdman Materials 17 Fevral 2022 14:08 (UTC +04:00)
Gimnastlarımız “Gracia Fair Cup” beynəlxalq turnirində çıxış edəcəklər

Bakı. Trend:

Fevralın 19-dan 21-dək Macarıstanda bədii gimnastika üzrə ənənəvi “Gracia Fair Cup” beynəlxalq turniri keçiriləcək.

Trend-in məlumatına görə, yarışda ölkəmizi fərdi və qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri təmsil edəcəklər. Fərdi növlərdə böyüklər arasında İlona Zeynalova, gənclər arasında Gövhər İbrahimova mübarizə aparacaqlar.

Böyüklər arasında qrup hərəkətləri üzrə yarışlarda Nigar Xankişiyeva, Nərgiz Ramazanova, Zəhra Paşazadə, Fidan Yusifzadə, Səkinə İbrahimbəylidən ibarət yığma komandanın ikinci heyəti çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti