...

Azərbaycan cüdoçusu “Böyük dəbilqə” turnirində gümüş medala sahib olub

İdman Materials 17 Fevral 2022 21:15 (UTC +04:00)
Azərbaycan cüdoçusu “Böyük dəbilqə” turnirində gümüş medala sahib olub

Bakı. Trend:

Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirində gümüş medala sahib olub.

Trend-in məlumatına görə, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk görüşdə ukraynalı Yevhen Honçarko, sonrakı qarşılaşmalarda İsrail cüdoçusu Eylon Barşeşet, ispaniyalı Alberto Martınə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Monqolustan təmsilçisi Xerlen Qanboldu məğlub edən idmançımız adını finala yazdırıb. Yaşar Nəcəfovun monqolustanlı rəqibinə tətbiq etdiyi fənd Beynəlxalq Cüdo Federasiyasının şərhçiləri tərəfindən xüsusi maraqla qarşılanıb.

Həlledici mərhələdə cüdoçumuz israilli Barux Şmailova uduzaraq ikinci yerlə kifayətlənməli olub.

Komandamızın digər üzvü Kəramət Hüseynov (60 kq) isə yarımfinalda qazaxıstanlı rəqibi Bauyrzan Narbayev ilə qarşılaşmada vazari fəndi ilə irəli olduğu halda zədələndiyi üçün həkimin qərarına əsasən, döyüşü dayandırmalı olub. Milli yığmanın həkiminin qərarına əsasən o, üçüncü yer uğrunda görüşə çıxmayıb. K.Hüseynovun zədəsinin ağırlıq dərəcəsi aparılacaq müayinələrdən sonra müəyyənləşəcək.

Azərbaycan turnirə 9 cüdoçu ilə qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti