...

Rəsul Seyidli və Rəvan Zeynallı Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları yarışında balans hərəkətlərini nümayiş etdirib (FOTO)

İdman Materials 3 Mart 2022 11:13 (UTC +04:00)
Rəsul Seyidli və Rəvan Zeynallı Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları yarışında balans hərəkətlərini nümayiş etdirib (FOTO)

Bakı. Cani Babayeva - Trend

Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarının təsnifat mərhələsində 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü balans hərəkətlərini nümayiş etdirib.

Trend-in məlumatına görə, cütlük 23.310 xal yığaraq yeddinci keçid yerini tutub. Yarışların ikinci günündə cütlük temp hərəkətlərini nümayiş etdirəcək.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçiriləcək.

Yarışda 21 ölkədən 466 gimnast iştirak edəcək.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti