...

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb

İdman Materials 18 Mart 2022 15:24 (UTC +04:00)
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasında mövsümün sonuncu püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, püşkatmanın nəticəsinə əsasən, 1/4 və yarımfinal mərhələsinin cütlükləri müəyyənləşib.

Püşkün nəticəsinə görə, dörddəbir finalda "Çelsi" (İngiltərə) - "Real" (Madrid, İspaniya), "Mancester Siti" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya), "Vilyarreal" (İspaniya) - "Bayern" (Almaniya) və "Benfika" (Portuqaloya) - "Liverpul" (İngiltərə) cütlükləri qarşılaşacaq.

Yarımfinalda isə "Mancester Siti" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) cütünün qalibi "Çelsi" (İngiltərə) - "Real" (Madrid, İspaniya) cütünün qalibi ilə, ""Benfika" (Portuqaloya) - "Liverpul" (İngiltərə) cütünün qalibi isə "Vilyarreal" (İspaniya) - "Bayern" (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, final matçı mayın 28-də Parisin "Park de Prens" stadionunda keçiriləcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti