Bakı. Trend:
Bu gün futbol üzrə Dünya Çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin final oyunları keçirilib.
Trend-in məlumatına görə, ilk final oyununda Polşa yığması İsveç komandası ilə qarşılaşıb. Oyun Polşanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda qolları R.Levandovski (49 dəqiqə) və P.Zelinski (73) vurublar.
Digər oyunda Portuqaliya yığması Şimali Makedoniya yığması ilə qarşılaşıb. Oyun portuqaliyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda qolları B. Fernandeş (32 və 65) vurub.
Beləliklə, Polşa və Portuqaliya Dünya Çempionatında vəsiqə qazanıblar.