...

Qrup hərəkətləri üzrə yığma komandamız dünya kuboku yarışlarında iki medal qazanıb

İdman Materials 23 May 2022 00:42
Qrup hərəkətləri üzrə yığma komandamız dünya kuboku yarışlarında iki medal qazanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

İspaniyanın Pamplona şəhərində keçirilən bədii gimnastika üzrə “Challenge” seriyasına aid dünya kuboku yarışlarına yekun vurulub.

Trend Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri 5 halqa, eləcə də 3 lent və 2 topla hərəkətlərin icrasına görə bürünc medallara layiq görülüblər.

Fərdi proqramda ölkəmizi təmsil edən millimizin üzvü Zöhrə Ağamirova halqa ilə 5-ci, topla 6-cı, lentlə çıxışına görə 7-ci olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti