...

Azərbaycan gimnastı İtaliyada qızıl medal qazanıb (FOTO)

İdman Materials 27 May 2022 19:49 (UTC +04:00)
Azərbaycan gimnastı İtaliyada qızıl medal qazanıb (FOTO)

Bakı. Trend:

İtaliyanın Rimini şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 3-cü “Aere Trampoline Cup” beynəlxalq turnirində yığma komandamızın üzvü Bilal Qurbanov 13-16 yaş qrupunda 48,500 xalla bütün rəqiblərini üstələyərək tamblinq üzrə qızıl medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, bu yaş qrupunda batut üzrə sinxron cütlüklər arasında təsnifat mərhələsində Hüseyn Abbasov və Maqsud Mahsudov 1-ci, Nicat Mirzəyev və Əli Niftəliyev 4-cü pillədə qərarlaşaraq finala adlayıb. Fərdi proqramda təsnifat mərhələsində isə Maqsud Mahsudov 1-ci, Hüseyn Abbasov 5-ci, Nicat Mirzəyev 6-cı yeri tutaraq finala vəsiqə əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti