Bakı. Trend:
2022-ci il Formula 1 Azərbaycan Qran Prisi davam edir.
Trend-in məlumatına görə, yarışın 2-ci günündə saat 15:00-16:00-da F1 pilotlarının üçüncü məşq sessiyası keçiriləcək.
Saat 18:00-19:00 saatları ərzində isə F1 pilotlarının kvalifikasiya sessiyası baş tutacaq.
Qeyd edək ki, Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə 3 yüksəksürətli hissə, 20 döngə var, maksimal sürət isə 360 km/s təşkil edir. Yarışlarda 10 komanda iştirak edir. Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb.