...

Bakı treki hər cəhətdən əladır - Norveçli azarkeşlər

İdman Materials 11 İyun 2022 17:25 (UTC +04:00)
Bakı treki hər cəhətdən əladır - Norveçli azarkeşlər
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı treki hər cəhətdən əladır.

Bunu Trend-ə Formula 1 Azərbaycan Qran Prisini izləmək üçün Bakıya gələn norveçli azarkeşlər deyib.

Onların sözlərinə görə, Bakı treki düz şəhərin mərkəzindən keçməsi ilə diqqət çəkir:

"Biz Bakı trasından çox məmnunuq. Biz "Red Bull" komandasının azarkeşiyik. Bakı şəhəri bizdə böyük təəssürat yaratdı. Biz bir çox Qran Pridə olmuşuq, lakin Bakıdakı kimi trek görməmişik - düz şəhərdə yerləşir, bu, onun özəlliyidir”.

Qeyd edək ki, Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə 3 yüksəksürətli hissə, 20 döngə var, maksimal sürət isə 360 km/s təşkil edir. Yarışlarda 10 komanda iştirak edir.

Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb.

İyunun 10-da start götürən Formula 1 Azərbaycan Qran Prisi iyunun 12-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti