Bakı. Trend:
Fransanın "Pari Sen-Jernen" futbol klubu "Mançester Yunayted"in yarımmüdafiəçisi Kriştiano Ronaldo ilə maraqlanır.
Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində jurnalist Pedru Almeyda yazib.
Onun sözlərinə görə, Paris klubunun futbol məsələləri üzrə müşaviri Luis Kampos oyunçunun agenti Jorje Mendeş ilə mümkün transferlə bağlı əlaqə saxlayır.
Qeyd edək ki, “Mançester Yunayted” ötən mövsüm Premyer Liqanı 6-cı pillədə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazana bilməyib. Bu fakt portuqaliyalı futbolçunun İngiltərə klubunda qalmaq istəyinə təsir edir.