...

“Sumqayıt” klubu heyətini qazaxıstanlı futbolçu ilə gücləndirib

İdman Materials 20 İyul 2022 04:37 (UTC +04:00)

Bakı. Trend:

"Sumqayıt" futbol klubu Vüsal İsgəndərli, Stiven Pereira və Damian Daniçiçin ardınca növbəti transferini rəsmiləşdirib.

Trend-in məlumatına görə, bu barədə klubun mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, son olaraq Qazaxıstanın "Maktaaral" klubunda çıxış etmiş cinah yarımmüdafiəçisi Rifat Nurmuqametlə 1+1 illik müqavilə imzalanıb.

“Kayrat”ın yetirməsi olan futbolçu karyerası boyunca "Jetısu" və "Aktobe" klublarında da çıxış edib. İyirmi altı yaşlı futbolçu Qazaxıstanın U-21 millisinə də dəvət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti