...

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib

İdman Materials 27 İyul 2022 23:41 (UTC +04:00)
"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib

Bakı. Trend:

Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının növbəti təsnifat mərhələsinə yüksəlib.

Trend-in məlumatına görə, turnirin ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Ağdam təmsilçisi İsveçrənin “Sürix” komandasının qonağı olub.

Oyunun əsas vaxtı meydan sahibi komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda 3:2 hesabı qeydə alındığı üçün cari oyunda əlavə vaxt oynanılıb.

Əlavə vaxtda rəqibin qapısına yol tapan "Qarabağ" hesabı bərabərləşdirib. Oyun 2:2 hesabı ilə başa çatıb.

Hər iki oyunun nəticəsinə əsasən (4:5) "Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti