Bakı. Trend:
"Pari Sen-Jermen" futbol klubu Fransa Superkuboku uğrunda keçirilən oyunda "Nant" komandasını 4:0 hesabı ilə məğlub edib.
Trend-in məlumatına görə, görüş Tel-Avivdə "Blumfild" stadionunda keçirilib.
Qolları Lionel Messi (22-ci dəqiqə), Neymar (45+6, 82, penaltidən) və Serxio Ramos (57) vurublar.
"PSJ" üçün Fransa Superkubokunda qazanılan qələbə tarixdə 11-ci, son 9 ildə isə səkkizinci olub, Paris klubu bu göstərici üzrə rekorda sahibdir.