Konya.Trend:
Azərbaycan güləşçisi Elis Manolova V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Trend-in məlumatına görə, o, Qazaxıstan idmançısı Yelena Şalginaya uduzub.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.
Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.