...

Parlaq və həyəcanlı - Azərbaycanın bədii gimnastika üzrə qrup komandası İslamiadada çıxış edir (FOTO)

İdman Materials 14 Avqust 2022 00:50 (UTC +04:00)
Parlaq və həyəcanlı - Azərbaycanın bədii gimnastika üzrə qrup komandası İslamiadada çıxış edir (FOTO)

Konya.Trend:

Azərbaycan komandası V İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika üzrə qrup hərəkətlərində çıxış edir.
Trend-in məlumatına görə, komandaya Daria Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova, Güllü Ağalarzadə, Elizaveta Luzan, Zeynəb Qummətova daxil olub.
Komanda parlaq, maraqlı və həyəcanlı çıxış nümayiş etdirir.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.
Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir. Yarışlar Konya şəhərinin 14 yerində keçirilir. Yarışın nəticələrinə əsasən, idmançılara 355 medal təqdim olunacaq.

Foto: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti