Konya. Trend:
Bu gün Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarının 11 yarış növündə mübarizə aparacaqlar.
Trend xəbər verir ki, bunlar ştanq qaldırma, həndbol, voleybol, basketbol (3x3), bədii gimnastika, aerobika gimnastikası, stend atıcılığı, stolüstü tennis, qılıncoynatma, üzgüçülük və futboldur.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.
Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.