Bakı. Trend:
Futbol üzrə Gürcüstan yığması UEFA Millətlər Liqasında növbəti qələbəsini qazanıb.
Trend xəbər verir ki, Gürcüstan millisi Şimali Makedoniya ilə qarşılaşıb.
Tbilisidə yerləşən Boris Payçadze adına "Dinamo Arena"da keçirilən oyun Gürcüstan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Makedoniyalılar üzərində qələbə nəticəsində Gürcüstan yığması qrup mərhələsini birinci yerdə başa vuraraq pley-offa yüksəlib.