...

UEFA Çempionlar Liqası: "Çelsi" pley-offa vəsiqəni təmin edib

İdman Materials 25 Oktyabr 2022 23:00 (UTC +04:00)
UEFA Çempionlar Liqası: "Çelsi" pley-offa vəsiqəni təmin edib

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunun oyunları keçirilir.

Trend çərşənbə axşamı xəbər verir ki, Avstriyanın "Zaltsburq" klubu İngiltərənin "Çelsi" klubunu qəbul edib.

Oyun qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Çelsi"nin heyətində qolları M.Kovaçiç (23-cü dəqiqə) və K.Haverts (64) vurublar, meydan sahibi komandasının yeganə qolunu isə D.Adamu (48) vurub.

Qeyd edək ki, "Çelsi" qrupda xallarının sayını 10-a çatdıraraq pley-off mərhələsinə vəsiqəni təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti