...

DÇ-2022: İngiltərə və ABŞ dünya çempionatının pley-off mərhələsinə yüksəlib (VİDEO)

İdman Materials 30 Noyabr 2022 01:04 (UTC +04:00)
DÇ-2022: İngiltərə və ABŞ dünya çempionatının pley-off mərhələsinə yüksəlib (VİDEO)

Bakı. Trend:

ABŞ millisi dünya çempionatının qrup mərhələsinin son tur matçında İran yığmasını 1:0 hesabı ilə məğlub edərək turnirin pley-off mərhələsinə yüksəlib.

Trend-in məlumatına görə, ABŞ yığmasının heyətində yeganə qolu Kristian Pulişiç (38-ci dəqiqə) vurub.

B qrupunun digər oyununda İngiltərə yığması Uels komandasını məğlub edərək (3:0) 1/8 finala yüksəlib. Qolları Markus Reşford (50-ci, 68-ci dəqiqələr) və Fil Foden (52) vurub.

A qrupunda İngiltərə yığması 7 xalla birinci, ABŞ 5 xalla ikinci, İran komandası (3) üçüncü və Uels millisi (0) dördüncü yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti