Bakı. Trend:
Futbol üzrə dünya çempionatının ilk 17 günündə Qətərə 765 mindən çox insan gəlib.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi turnirin təşkilatçılarına istinadən bildirib.
Hesabata əsasən, Qətər turnir zamanı 765 859 beynəlxalq ziyarətçi qəbul edib ki, onların yarıdan çoxu artıq ölkəni tərk edib. Dekabrın 2-nə qədər turnirin rəsmi şəxslərinə və matçlara bilet sahiblərinə verilən “Həyya” kartı olmayan şəxslər Qətərə buraxılmayıb.
Hesabatda, həmçinin 1,33 milyon bilet sahibi və Dünya çempionatının oyunları üçün satılan 3,09 milyon biletlər qeyd olunub. Turnirin 52 oyunundan sonra ümumi tamaşaçı sayı 2,65 milyon nəfər təşkil edib.