Bakı. Trend:
Fransanın PSJ futbol klubunun hücumçusu Kilian Mbappe klubdan ayrılmaq istəyir.
Trend xəbər verir ki, bu barədə bazar ertəsi "Sport.es" qəzeti məlumat verib.
Məlumata əsasən, 23 yaşlı hücumçu 2023-cü ilin yayında klubunu dəyişməyi düşünür. Qeyd olunur ki, futbolçu Fransanı tərk edərək daha güclü çempionata keçmək arzusunda olduğunu bildirib.
K.Mbappe başqa kluba keçmək xatirinə maaşında ciddi azalmaya belə razıdı. Bununla belə, o, transferin 150 milyon avrodan aşağı olacağına ümid edir.