...

Şahmatçımız Read Səmədov Bazel festivalında birinci olub

İdman Materials 1 Yanvar 2023 18:09 (UTC +04:00)
Şahmatçımız Read Səmədov Bazel festivalında birinci olub

Bakı. Trend:

İsveçrənin Bazel şəhərində şahmat üzrə Milad bayramına həsr olunan festival keçirilib. İlin sonuncu şahmat yarışında Azərbaycanı Read Səmədov təmsil edib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Şahmat Federasiyasından deyiblər.

Bildirilib ki, turnirin sonuncu turunda R.Səmədov Almaniya şahmatçısı Morits Veyshauterlə heç-heçə oynayıb. Yekunda üç şahmatçı 7 xal toplayıb. Əlavə göstəricilərə görə, rəqiblərini qabaqlayan şahmatçımız Bazel turnirinin qalibi olub.

Qeyd edək ki, yarışda 16 ölkədən 73 şahmatçı iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti