...

İngiltərə Premyer Liqası: "Liverpul" "Brentford"a uduzub

İdman Materials 3 Yanvar 2023 05:23 (UTC +04:00)
İngiltərə Premyer Liqası: "Liverpul" "Brentford"a uduzub

Bakı. Trend:

Bu gün İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində "Brentford" klubu "Liverpul"u qəbul edib.

Trend xəbər verir ki, oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Brentford"un heyətində qolları Yoan Vissa (42-ci dəqiqə) və Brayan Mbemo (84) vurublar. Oyunun 19-cu dəqiqəsində "Liverpulun" müdafiəçisi İbrahima Konate avtoqol müəllifi olub.

"Liverpul"un yeganə qolunu 50-ci dəqiqə Aleks Oksleyd-Çemberleyn vurub.

Qeyd edək ki, 19 turdan sonra "Liverpul" (17 oyun keçirib) 28 xalla altıncı yerdə, "Brentford" (18 oyun keçirib) isə 26 xalla yeddinci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti