...

“Çelsi” ukraynalı futbolçu ilə uzunmüddətli müqavilə imzalayıb

İdman Materials 16 Yanvar 2023 07:41 (UTC +04:00)
“Çelsi” ukraynalı futbolçu ilə uzunmüddətli müqavilə imzalayıb

Bakı. Trend:

“Çelsi” futbol klubu “Şaxtyor”un ukraynalı yarımmüdafiəçisi Mixail Mudriklə müqavilə imzalayıb.

Trend-in məlumatına görə, tərəflər arasında 8,5 il müddətinə müqavilə bağlanıb. O, yeni klubunda 15 nömrəli formanı geyinəcək.

Daha əvvəl mətbuatda “Çelsi”nin Mixail Mudrik üçün 70+30 milyon avro ödəyəcəyi xəbəri yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti