...

"Barselona" İspaniya çempionatında liderliyini gücləndirib

İdman Materials 13 Fevral 2023 03:41 (UTC +04:00)
"Barselona" İspaniya çempionatında liderliyini gücləndirib

Bakı. Trend:

Futbol üzrə İspaniya La Liqasının 21-ci turunun matçında "Barselona" səfərdə "Vilyarreal"ı məğlub edib.

Trend xəbər verir ki, oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Oyunda yeganə qolu 18-ci dəqiqədə yarımmüdafiəçi Pedri vurub.

Qeyd edək ki, hazırda "Barselona" 56 xalla turnir cədvəlində liderdir, onun ən yaxın izləyicisi olan "Real"ın 45 xalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti