Bakı. Trend:
Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kubokunun ilk yarış günündə kişilər və qadınlar arasında sinxron cütlüklər arasında finalçılar müəyyənləşib.
Trend xəbər verir ki, kişilər arasında sinxron cütlüklərdə finala Almaniya təmsilçiləri Kayo Laukstermann və Fabian Fogel (51,780 xal), Fransa gimnastları Coşua Faro və Florestan Riu (50,490 xal), Ukrayna idmançıları Anton Davidenko və Nikolay Prostorov (50,410 xal), amerikalı gimnastlar Zakari Ramaççi və Elayca Fogel (50,020 xal), Portuqaliya idmançıları - Dioqo Abreu və Pedro Ferreyra (49,740 xal), qazaxıstanlı idmançılar Danil Musabayev və Pirməmməd Əliyev (49,530 xal), ispan gimnastları Xorxe Martin və Raul Sançes (45,090 xal), Polşa təmsilçiləri Mateuş Drobinski və Kasper Rempalski (22,730 xal) çıxıblar.
Qadınlar arasında sinxron cütlüklərdə finala ukraynalı gimnastlar Svetlana Malkova və Katerina Kuleşova (46,870 xal), Braziliya idmançıları Elis Qomez və Kamilla QomeS (46,780 xal), ABŞ təmsilçiləri Cessika Stivens və Triniti Van Natta (46,580 xal), Fransalı gimnastlar Marin Priyer və Perle Obre (46,510 xal), kanadalı gimnastlar Qabriella Flinn və Maya Boneam (45,980 xal) çıxıblar.
Qeyd edək ki, fevralın 18-19-da Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kuboku yarışları keçirilir. Yarışda dünyanın 16 ölkəsindən 60-dan çox gimnast iştirak edir. Gimnastlar fərdi və sinxron proqramlar təqdim edirlər.