...

Yunan-Roma güləşçilərimizin Avropa çempionatındakı ilk rəqibləri bəlli olub

İdman Materials 12 Mart 2023 23:06 (UTC +04:00)
Yunan-Roma güləşçilərimizin Avropa çempionatındakı ilk rəqibləri bəlli olub

Bakı. Trend:

Martın 13-də Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatına start veriləcək. Yarışın ilk üç günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.

Trend Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, martın 12-də güləşin bu növü üzrə püşkatma mərasimi keçirilib. Püşkə əsasən, milli komandamızın üzvlərinin də ilk rəqibləri bəlli olub. Belə ki, Rahim Həsənov (55 kq) Karapet Manvelyan (Ermənistan) - Sabolç Losonç (Serbiya) cütünün qalibi, Elmir Əliyev (60 kq) türk Mert İlbars, Ziya Babaşov (63 kq) ermənistanlı Sahak Hovannisyan, Həsən Məmmədli (67 kq) İsveçrə güləşçisi Mixail Portmann, Qurban Qurbanov (72 kq) Luka Malobabiç (Xorvatiya), Xasay Həsənli (77 kq) Şahan Acar (Türkiyə), İsmayıl Rzayev (82 kq) norveçli Eksaus Mukubu, Məhəmməd Əhmədiyev (87 kq) Gürcüstan təmsilçisi Açika Bolkvadze, Murad Əhmədiyev (97 kq) serbiyalı Luka Katiç, Sərxan Məmmədov (130 kq) isə ukraynalı Mixaylo Vişnivetski ilə qarşılaşacaq.

Qeyd edək ki, martın 13-də 55, 63, 77, 87, 130, növbəti gün isə 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində yer alan güləşçilər çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti