...

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Göygöl rayonunda (FOTO)

İdman Materials 16 Mart 2023 15:27 (UTC +04:00)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Göygöl rayonunda (FOTO)

Bakı. Trend:

16 mart 2023-cü il tarixində AFFA-nın, Göygöl Rayon İcra Hakimiyyətinin, Uşaq Gənclər Futbol Federasiyasının və Yelo Bank-ın birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Göygöl rayonunda keçirilib. Bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Mərkəzində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.

Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisə Göygöl rayonundan seçilmiş deputat Elşad Mirbəşir və Göygöl Rayon Gənclər və İdman İdarəsinin müdiri Zaur Abbasov iştirak etmişdir. Bu tədbir, eyni zamanda, Göygöl rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı həyata keçirilən silsilə tədbirlərdən biri kimi yaddaşlarda qalacaqdır.

Layihə çərçivəsində təşkil edilmiş tədbirdə şəhid və qazi ailələrindən uşaqlar da iştirak etmişdir. Tədbirdə iştirak edən 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti