...

Lionel Messi aprelin əvvəlində "Əl-Hilal" ilə danışıqlar aparacaq

İdman Materials 19 Mart 2023 07:36 (UTC +04:00)
Lionel Messi aprelin əvvəlində "Əl-Hilal" ilə danışıqlar aparacaq

Bakı. Trend:

Fransanın "Pari Sen-Jermen" futbol klubunun argentinalı hücumçusu Lionel Messi və onun əhatəsi aprelin əvvəlində Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə görüş keçirəcək.

Trend-in məlumatına görə, bu barədə jurnalist Rudi Qaletti öz "Twitter" səhifəsində yazıb.

Mənbənin məlumatına əsasən, görüşün məqsədi L.Messinin Səudiyyə klubuna mümkün transferi ilə bağlı danışıqlar aparmaqdır.

Eyni zamanda, mediada L.Messi üçün prioritetin 2020-ci ilin yayında tərk etdiyi "Barselona"ya qayıtması ilə bağlı məlumatlar yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti