...

Unai Emeri İngiltərə Premyer Liqasında rekorda imza atıb

İdman Materials 23 Aprel 2023 06:47 (UTC +04:00)

Bakı. Trend:

Şənbə günü İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində "Aston Villa" "Brentford"la 1:1 hesablı heç-heçə edib.

Trend xəbər verir ki, matçın yekun hesabı Unai Emerinin komandasının liqa rekorduna imza atması ilə nəticələnib.

"Aston Villa" ispan mütəxəssisin baş məşqçi təyin olunmasından sonra Premyer Liqada keçirdiyi 19 oyunun hamısında qol vurub.

Beləliklə, "Aston Villa" baş məşqçi dəyişikliyindən sonra ardıcıl 19 oyunda qol vuran ilk klub olub.

Qeyd edək ki, 32 matçdan sonra "Aston Villa" turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti