...

Formula 1 komandalarının sərbəst yürüşündə ilk üçlük məlum olub

İdman Materials 28 Aprel 2023 14:35 (UTC +04:00)
Formula 1 komandalarının sərbəst yürüşündə ilk üçlük məlum olub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 1 komandalarının sərbəst yürüşündə ilk üçlük məlum olub.

Trend-in məlumatına görə, “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen birinci olub.

Onu ikinci sırada “Ferrari” komandasının pilotu Çarles Leklerk izləyib. Üçüncü yerdə “Red Bull” komandasının sürücüsü Serxio Peres olub.

Qeyd edək ki, bu gündən 2023 Formula 1 Azərbaycan Qran Prisi start götürüb. 28-30 aprel tarixlərində keçiriləcək yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilir.

Yarışın 2-ci günü, yəni aprelin 29-da Formula 1 komandalarının 2-ci sərbəst yürüşü və Formula 1 və Formula 2 komandalarının qısa sprint yarışları baş tutacaq.

Əsas yarışlar isə aprelin 30-da keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti