...

Formula 2 komandalarının birinci sprint yarışı başa çatıb (FOTO)

İdman Materials 29 Aprel 2023 16:16 (UTC +04:00)
Formula 2 komandalarının birinci sprint yarışı başa çatıb (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 komandalarının birinci sprint yarışı başa çatıb.

Trend-in məlumatına görə, yarışın qalibi Prema Racing"dən Oliver Bearman qalib olub. Yarışın sonlarına yaxın zəncirvari qəza nəticəsində daha 4 pilot mübarizəni dayandırıb.

Qeyd edək ki, ötən gündən 2023 Formula 1 Azərbaycan Qran Prisi start götürüb. 28-30 aprel tarixlərində keçirilən yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilib.

Yarışın 2-ci günü, yəni aprelin 29-da Formula 1 komandalarının 2-ci sərbəst yürüşü və Formula 1 və Formula 2 komandalarının qısa sprint yarışları baş tutacaq. Əsas yarışlar isə aprelin 30-da keçiriləcək, Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti