...

“Barselona” klubu Lionel Messiyə müqavilə təklif edib

İdman Materials 17 May 2023 06:43 (UTC +04:00)
“Barselona” klubu Lionel Messiyə müqavilə təklif edib

Bakı. Trend:

“Barselona” klubu PSJ-nin futbolçusu Lionel Messiyə bir illik müqavilə təklif edib.

Trend-in məlumatına görə, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Argentinalı hücumçu müqaviləni qəbul edəcəyi halda, ilinə 25 milyon avro qazanacaq. Kataloniya təmsilçisi 35 yaşlı oyunçunun təklifə müsbət cavab verəcəyinə inanır.

Qeyd edək ki, Messinin Paris təmsilçisi ilə müqaviləsi yayda başa çatır. O, 2004-2021-ci illərdə "Barselona"nın əsas komandasında oynayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti