...

Uruqvay yığması gənclər arasında dünya çempionatının qalibi oldu

İdman Materials 12 İyun 2023 06:32 (UTC +04:00)
Uruqvay yığması gənclər arasında dünya çempionatının qalibi oldu

Bakı. Trend:

Argentinada keçirilən gənclər arasında dünya çempionatının finalında Uruqvay millisi İtaliya komandasını 1:0 hesabı ilə məğlub edib.

Trend xəbər verir ki, matç La-Platada baş tutub və yeganə qolu 86-cı dəqiqədə Lusiano Rodriges vurub.

Bu, Uruqvay millisinin gənclər arasında dünya çempionatında ilk çempionluğudur. Onlar daha əvvəl iki dəfə vitse-çempion (1997, 2013), bir dəfə (1979) bürünc medal qazanıblar.

Üçüncü yer uğrunda matçda İsrail komandası Cənubi Koreya yığmasını 3:1 hesabı ilə məğlub edərək bürünc medallara sahib olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti