...

Renat Dadaşov Türkiyə klubuna transfer olundu

İdman Materials 5 Sentyabr 2023 10:55 (UTC +04:00)
Renat Dadaşov Türkiyə klubuna transfer olundu

Bakı. Trend:

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasına transfer olunub.

Trend xəbər verir ki, 24 yaşlı hücumçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

Artıq klubun rəsmi saytı da məlumatı təsdiqləyib.

Qeyd edək ki, Renat Dadaşovun son klubu İsveçrə “Qrasshopper”i olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti