...

"Kəpəz" "Səbail"ə, "Neftçi" "Araz-Naxçıvan"a qarşı

İdman Materials 16 Sentyabr 2023 09:57 (UTC +04:00)
"Kəpəz" "Səbail"ə, "Neftçi" "Araz-Naxçıvan"a qarşı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçiriləcək.

Trend-in məlumatına görə, ilk olaraq "Kəpəz" "Səbail"i qəbul edəcək.

Gəncə təmsilçisi 4 xalla 9-cu, "dənizçilər" 7 xalla 6-cı pillədə qərarlaşıb. Komandalar indiyədək ölkə çempionatlarında 8 dəfə üz-üzə gəliblər. Bunların 3-də bölgə klubu, 4-də "Səbail" qələbə qazanıb. Bir matçda qalib müəyyənləşməyib. Topların nisbətində qonaqların minimal üstünlüyü var - 11:10.

Günün digər qarşılaşmasında "Neftçi" "Araz-Naxçıvan"la üz-üzə gələcək. "Ağ-qaralar" 8 xalla 3-cü, Naxçıvan təmsilçisi 7 xalla 7-ci sıradadır. Tərəflər bu vaxtadək çempionatda 4 dəfə görüşüblər. Bunların 3-də "Neftçi" qələbə qazanıbsa, 1 oyun heç-heçə yekunlaşıb. Meydan sahibləri bakılılara qol vura bilməyib və qapılarında 16 top görüblər.

Azərbaycan Premyer Liqası

VI tur

16:00. “Kəpəz” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Şirmamed Mamedov, Rövşən Rəcəbov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Gəncə şəhər stadionu

18:00. “Araz-Naxçıvan” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Kamran Bayramov, Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Dalğa Arena”

Qeyd edək ki, turun ilk matçında "Zirə" "Sumqayıt"ı 1:0 hesabı ilə üstələyib. "Turan Tovuz" - "Qəbələ" və "Qarabağ" - "Sabah" oyunları sentyabrın 17-də olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti