...

Azərbaycan para-atleti dünya çempionatında qızıl medal qazanıb

İdman Materials 25 Sentyabr 2023 02:52 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın güllə atıcısı Kamran Zeynalov Perunun paytaxtı Limada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Trend xəbər verir ki, para-atlet 50 metrə məsafəyə atışda 220,5 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdmançı bu nəticə ilə "Paris-2024" XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya əldə edib.

Xəbər lenti

Xəbər lenti