Bakı. Trend:
İngiltərənin “Nyukasl” futbol klubu Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində öz meydanında Fransanın “Pari Sen-Jermen” klubunu məğlub edib.
Trend-in məlumatına görə, görüş 4:1 hesabı ilə başa çatıb.
Qalib komandanın heyətində qolları Miqel Almiron (17-ci dəqiqə), Den Börn (39), Şon Lonqstaff (50) və Fabian Şer (90+1) vurublar. Fransa klubunun heyətində Lukas Ernandes (56) fərqlənib.
“Nyukasl” bütün turnirlərdə son altı matçda beşinci qələbəsini qazandı, komanda sentyabrın 16-dan etibarən yalnız Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun İtaliya “Milan” komandası ilə səfər oyununda qalib gələ bilmədi (0:0).