...

"Milan" klubunun futbolçusu yoxa çıxandan iki həftə sonra tapılıb

İdman Materials 20 Oktyabr 2023 04:16 (UTC +04:00)

Bakı. Trend:

İsveçin "Norrköpinq" klubunda icarə əsasında itkin düşdüyü bildirilən "Milan"ın hücumçusu Emil Robak tapılıb.

Trend-in məlumatına görə, bu barədə "Norrköpinq"in idman direktoru Toni Martinsson deyib.

"Onunla bu gün (cümə axşamı) görüşdüm, ona görə də hər şey nəzarət altındadır. Bu barədə daha danışmayacağıq", - deyə o bildirib.

Bunda əvvəl 20 yaşlı isveçlinin iki həftə ərzində həm qohumları, həm də klubla əlaqə saxlamadığı və buna görə məşqdən yayındığı barədə məlumatlar yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti